DÇ-2022-nin seçmə mərhələ oyunları təxirə salındı

DÇ-2022-nin seçmə mərhələ oyunları təxirə salındı

Koronavirus səbəbiylə 23-31 mart və 1-9 iyunda  keçirilməli olan  qarşılaşmalar təxirə salınıb

 

Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatının Asiya bölgəsi üzrə mart və iyunda oynanılacaq seçmə mərhələ matçları təxirə salınıb.

 

AYNA xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb. Koronavirus səbəbiylə 23-31 mart və 1-9 iyunda  keçirilməli olan  qarşılaşmalar təxirə salınıb.

 

Qərarın Asiya Futbol Konfederasiyası və FİFA-nın qarşılıqlı razılaşması ilə qəbul edildiyi və oyunların hansı tarixdə keçiriləcəyi haqda yaxın günlərdə məlumat veriləcəyi bildirilib.

Müəllif: Ayna.az      10 Mart 2020 05:20
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin