“İŞİD-lə mübarizə aparan yeganə NATO ölkəsiyik” - Ərdoğan

“İŞİD-lə mübarizə aparan yeganə NATO ölkəsiyik” -     Ərdoğan

Ərdoğan Belçikaya səfər edib 

 

Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin dəvəti ilə Belçikaya birgünlük işgüzar səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldə NATO baş katibi Yens Stoltenberqlə görüşüb.

 

AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan görüşdən sonra hərbi alyansın rəhbəri ilə birgə mətbuat konfransı keçirib.

 

Türkiyə prezidenti deyib ki, heç bir Avropa ölkəsi Suriyada münaqişəyə və insanlıq faciəsinə laqeyd münasibət bəsləməməlidir.

 

Dövlət başçısı qeyd edib ki, NATO müttəfiqi Türkiyə ilə həmrəylik nümayiş etdirməlidir. “Biz İŞİD-lə sinə-sinəyə mübarizə aparan və şəhidlər verən yeganə NATO ölkəsiyik”, - deyə Türkiyənin dövlət başçısı vurğulayıb. O, qeyd edib ki, Türkiyə artıq 9 ildir Suriyadan olan təhlükəyə qarşı mübarizə aparır.

Müəllif: Ayna.az      10 Mart 2020 01:40
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin