ÜST nümayəndələri ölkəmizin karantin xəstəxanalarına səfər edəcəklər - FOTOLAR

ÜST nümayəndələri ölkəmizin karantin xəstəxanalarına səfər edəcəklər -    FOTOLAR

Koronavirus təhlükəsinə qarşı tədbirlər görülməkdədir


 
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri ilə görüş keçirilib. 

 

TƏBİB-dən AYNA-ya verilən məlumata görə, görüşdə dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində görülən tədbirlər, ÜST nümayəndə heyətinin Bakı şəhəri və regionlardakı karantin xəstəxanalarına səfərinin detalları müzakirə edilib.

 

Həmçinin, tibbi personalın hazırlığı, COVID-19 ilə ümumi mübarizə üsulları, vəziyyət haqqında məlumatlandırma, hospitalların hazırlığı, dərman, diaqnostika və tibbi vasitələrin mövcudluğunun qiymətləndirilməsi və risk kommunikasiyası mövzularında fikir mübadiləsi aparılıb.



Müəllif: Ayna.az      9 Mart 2020 21:42
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin