Almaniyada koronavirusdan ilk ölüm qeydə alınıb

Almaniyada koronavirusdan ilk ölüm qeydə alınıb

Koronavirusa yoluxanların sayı sürətlə artır 

 

Almaniyanın Haynsberq dairəsinin (Şimali Reyn-Vestfaliya federal ərazisi) sakini koronavirusdan ölüb.

 

AYNA xəbər verir ki, bu barədə “Bild” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

 

Məlumata görə ki, bu, ölkədə koronavirusdan ilk ölüm hadisəsidir.

 

Qeyd edək ki, Şimali Reyn-Vestfaliya virusun yayılması mərkəzidir.

 

DPA agentliyi də öz növbəsində ölkədə koronavirusdan ikinci xəstənin öldüyünü xəbər verib. Bildirilir ki, hadisə Essen şəhərində qeydə alınıb. Ölən şəxs 89 yaşlı sakindir. 

 

Qeyd edək ki, koronavirusun yayıldığı ölkələrin sayı 100-ə çatıb. Son məlumata görə, Bruney krallığında da koronavirus infeksiyası aşkarlanıb.

Müəllif: Ayna.az      9 Mart 2020 20:38
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin