Əsas səhifə Haqqımızda Xəbər lenti

“Hökumət panika yaranmasına imkan verməməlidir” – YENİ RİSK

“Hökumət panika yaranmasına imkan verməməlidir” –           YENİ RİSK

Ekspert: “Növbəti devalvasiya Azərbaycan iqtisadiyyatını tam çökdürə bilər”

 

Son illər neft bazarlarında əməkdaşlıq edən Səudiyyə Ərəbistanı ilə Rusiya arasında baş verən qarşıdurma nəticəsində neftin qiyməti kəskin şəkildə azalıb. Belə ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2020-ci ilin may müqaviləsinin dəyəri 26,31% azalaraq 1 barelə görə 33,36 dollar təşkil edib.

 

Bəs, neftin qiymətinin kəskin ucuzlaşması beynəlxalq və yerli iqtisadiyyata necə təsir edəcək edəcək? Azərbaycanı növbəti devalvasiya riski gözləyirmi? Mövzuya ekspertlərlə AYNA tutmağa çalışdıq.

 

İqtisadçı Rövşən Ağayevin sözlərinə görə, neftin qiymətinin ucuzlaşması əvvəlcədən bəlli idi: “Dünən bildirmişdim ki, bu gün üçün neft bazarında “qara bazar ertəsi” ola bilər. Çünki 5-ci gün Rusiya ilə Səudiyyə Ərəbistanı arasında neft sazişi baş tutmadı. 2016-cı ildən başlayaraq Rusiya ilə OPEC arasında hasilatın azaldılması və qiymətin sabit saxlanılmasına dair saziş var idi və o saziş nəticəsində Rusiya ilə OPEC arasında, ümumilikdə gündəlik 1,7 milyon barel hasilat azaldılmışdı. Koronavirus epidemiyası ortaya çıxandan sonra isə qlobal iqtisadiyyata təhlükələr yarandı. Səudiyyə Ərəbistan da Rusiyaya hasilatın 1,5 milyon barel azaldılmasını təklif elədi. Əgər OPEC və Rusiya arasında bu qərar qəbul olunsaydı, hasilat son 4 ildə 3,2 milyon barel azalmış olacaqdı. Amma Rusiya son anda bundan imtina elədi, hətta, nəinki imtina elədi, eyni zamanda gündəlik 1,5 milyon barel hasilatın azaldılmasından imtina etməklə yanaşı, aprel 1-dən hasilatın 1,7 milyon barel azaldılması sazişindən də geri çəkiləcəyini bildridi. Bu sazişin pozulması da bu gün üçün gözlənilən nəticəni ehtimal kimi ortaya atmışdı”.

Müəllif: Mərahim Nəsib      9 Mart 2020 17:58
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
22 Yanvar
10:17
Həqiqətən, sən yalançı və əclafsan!
21 Yanvar
23:24
Ermənilər Kəlbəcərdən yol istəyirlər, nə etməli – Rəylər fərqlidir
21 Yanvar
21:09
Postpandemiya dövrünə diqqət: Bizi daha nələr gözləyir?
21 Yanvar
19:22
“Dəmir yumruq” əməliyyatı “Dəmir təpik” ilə tamamlana bilər” – Prezidentin sabiq köməkçisi
21 Yanvar
17:07
Azərbaycanda son sutkada 9 nəfər COVID-19-dan vəfat edib
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin