Müvəqqəti evə buraxılmış məhbuslar həbsxanaya qayıtmayacaq

Müvəqqəti evə buraxılmış məhbuslar həbsxanaya qayıtmayacaq

“İctimai təhlükə yaratmayanadək məhbusların sərbəst buraxılması davam edəcək”

 

İran koronavirus təhlükəsinə görə müvəqqəti olaraq sərbəst buraxdığı 70 min məhbusu ictimai təhlükəsizlik olmayanadək həbsxanaya qaytarmaq niyyətində deyil. 

 

AYNA xəbər verir ki, bunu ölkənin Məhkəmə Sisteminin başçısı İbrahim Rəisi bildirib.

 

“İctimai təhlükə yaratmayanadək məhbusların sərbəst buraxılması davam edəcək”, - o vurğulayıb.

 

Xatırladaq ki, İranda koronavirusa 7 161 yoluxma hadisəsi qeydə alınıb. Onlardan 2 394 nəfər sağalıb, 237 nəfər isə ölüb. (Report)

Müəllif: Ayna.az      9 Mart 2020 16:43
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin