Dövlət başçısı rektoru vəzifədən çıxarıb

Dövlət başçısı rektoru vəzifədən çıxarıb

C.Məmmədov 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən deputat seçilib

 

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Valeh oğlu Məmmədov vəzifəsindən azad edilib.

 

AYNA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

 

Qeyd edək ki, C.Məmmədov fevralın 9-da Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən deputat seçilib.

Müəllif: Ayna.az      9 Mart 2020 16:03
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin