İlham Əliyev yüksək vəzifəli şəxsi işindən azad etdi

İlham Əliyev yüksək vəzifəli şəxsi işindən azad etdi

Komitə sədri tutduğu vəzifədən azad olunub

 

Prezident İlham Əliyev Hicran Hüseynovanın barəsində sərəncam imzalayıb. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Hicran Kamran qızı Hüseynova Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilsin”.

 

Qeyd edək ki, H.Hüseynova 6-cı çağırış Milli Məclisə deputat seçilib.

Müəllif: Ayna.az      9 Mart 2020 15:31
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin