Avropa İttifaqından mühacir qalmaqalı ilə bağlı açıqlama

Avropa İttifaqından mühacir qalmaqalı ilə bağlı açıqlama

"Türkiyə ilə Yunanıstan sərhədində yaranan vəziyyət siyasi təzyiqdən xəbər verir"

 

Avropa İttifaqının (Aİ) komissiya rəhbəri Ursula Von Der Leyen Türkiyə ilə Yunanıstan arasında baş verən mühacir qalmaqalı ilə bağlı açıqlama verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Aİ rəsmisi Türkiyə və Yunanıstana dəstək göstərməyin vacib olduğunu söyləyib.

 

Von Der Leyen martın 18-də Türkiyə ilə Aİ arasında mühacir razılaşmasının gündəmdə olmadığını bildirsə də, Aİ-nin miqrasiya problemi ilə bağlı həll tapmasının vacib olduğunu xatırladıb: “Problem çox böyükdür. Çünki Türkiyə ilə Yunanıstan sərhədində yaranan vəziyyət siyasi təzyiqdən xəbər verir. Mühacirlərin köməyə çox böyük ehtiyacı var”.

 

Bundan əlavə, Aİ rəsmisi mövzunun bu gün Türkiyə Prezidenti Ərdoğan və Aİ şurasının sədri Çarles Miçel ilə Türkiyə-Aİ Liderlər yığınacağında müzakirə ediləcəyini bildirib.

 

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Aİ liderləri ilə görüşmək üçün Belçikanın paytaxtı Brüsselə səfər edəcək.

Müəllif: Ayna.az      9 Mart 2020 18:25
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin