Deputatlar koronavirus müayinəsindən keçiriliblər

Deputatlar koronavirus müayinəsindən keçiriliblər

Müayinədən keçən 121 deputatın heç birində koronavirusun əlamətləri aşkarlanmayıb

 

Milli Məclisin deputatlarının koronavirus təhlükəsi ilə əlaqədar həkim müayinəsindən keçməsi prosesi yekunlaşıb. Bu barədə AYNA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, müayinədən keçən 121 deputatın heç birində koronavirusun əlamətləri aşkarlanmayıb.

 

Qeyd edək ki, martın 5-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib. Nəticələrə əsasən, 125 seçki dairəsinin 121-dən Milli Məclisə deputat seçilib.

 

Seçkilərdə 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələri isə etibarsız sayılıb.

Müəllif: Ayna.az      9 Mart 2020 13:17
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin