Tarixdə bu gün: 9 mart nələrlə yadda qalıb?

Tarixdə bu gün: 9 mart nələrlə yadda qalıb?

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?

 

 Qısaca nəzər salaq...


AYNA bildirir ki, 9 mart 1764-cü ildə Osmanlı sultanı III Mustafa tərəfindən tikdirilən Laləli məscidi ibadətə açılıb.

 

***

 

1776-cı ilin bu günü Londonda şotland iqtisadçısı və filosofu Adam Smitin “Xalqların varlanmasının təbiəti və səbəbləri haqqında tədqiqatlar” kitabı işıq üzü gördü. Əslində bu əsərlə siyasi iqtisad elminin əsası qoyulub.

 

***

 

Fransa imperatoru Napoleon Bonapartın ordularının bir-birinin ardınca məğlubiyyətə uğrayıb geri çəkildiyi bir zamanda – 1814-cü ildə 9 martVyana Konqresi toplaşıb.

 

Vyana Konqresi Avropadakı sərhədləri və qüvvələr nisbətini yenidən müəyyənləşdirməyə yönəlik qərarlar vermək üçün təşkil edilmişdi.

 

***  

 

1935-ci ilin 5 martında Almaniya dövlətinin başçısı Adolf Hitler yeni hava qüvvələri yaradacağını açıqlayıb.

 

***

 

Cənubi Kiprin başçısı, arxiyepiskop Makarios 1956-cı ilin bu günü İngiltərə tərəfindən Seyşel adalarına sürgün olunub.

 

***

 

1964-cü il martın 9-da Amerikanın Miçiqan ştatının Dirborn şəhərindəki avtomobil zavodunun konveyrindən ilk “Ford Mustang” maşını çıxıb.

 

4 yerli qapılı bu maşın 20-ci yüzilliyin ən uğurlu avtomobilləri siyahısına daxil edilib.

 

İki il ərzində milyondan çox “Ford Mustang” maşını satılıb
 Belə uğurlu satışın səbəbi maşının nisbətən ucuz və yüksək keyfiyyətli olması idi. 

 

***

 

9 mart 1983-cü ildə Türkiyənin Serbiya üzrə səfiri Qalib Balkar iki təcavüzkar tərəfindən yaralanıb və iki gün sonra dünyasını dəyişib.

 

Hücumu Erməni Soyqırımı Ədalət Komandanlığı və ASALA təşkilatı öz üzərlərinə götürüblər.

 

***

 

9 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

 

Məhşur Ukrayna şairi və rəssamı Taras Şefçenko 1814-cü ilin bu günü anadan olub.

 

26 yaşında (1840) ilk şeirlər kitabı çıxan şairin yaradıcılığında məhəbbət və qadın mövzusu zaman keçdikcə tarixi və sosial konkretlik kəsb edib.  

 

Taras Şefçenko rəssam kimi də məhşur olub. (1814-1861)

 

***

Azərbaycanın tanınmış rəssamı Kamil Xanlarov 1915-ci ilin 9 martında Bakıda dünyaya gəlib.  

 

Əsərləri əsasən tarixi mövzulara həsr edilib. “Məzdək edam qabağı”, “Tovuzda üsyan”, “Cavanşir işğalçılara qarşı vuruşmada”, “Rusiya elçiləri Fətəli xanın yanında” və sair tabloları Azərbaycan rəssamlıq sənətinin ən yaxşı nümunələridir. (1915-1996)

 

***

 

Dünyanın ilk kosmonavtı, təyyarəçi Yuri Qaqarin 1934-cü ilin bu günü doğulub.   

 

1961-ci il aprelin 12-də “Vostok” kosmik gəmisində dünyada ilk dəfə Yer ətrafında orbital uçuş Qaqarinə nəsib olub. Amma o, 34 yaşında (27.III.1968) təyyarədə təlim uçuşu zamanı qəzaya uğrayaraq həyatını itirib. ( 1934-1968)

Müəllif: Ayna.az      9 Mart 2020 09:24
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin