Yaponiyada koronavirusa yoluxanların sayı artıb

Yaponiyada koronavirusa yoluxanların sayı artıb

Koronavirus sürətlə yayılmaqda davam edir 

 

Yaponiyada koronavirusa yoluxanların sayı 1 189 nəfərə çatıb.

 

AYNA xəbər verir ki, bu barədə NHK telekanalı bildirib.

 

Qeyd edilir ki, onların əksəriyyəti - 696 nəfər Tokio yaxınlığındakı Yokohama limanında saxlanılan “Diamond Prinsess” kruiz laynerinin sərnişinləri və heyət üzvləridir.

 

Son gün ərzində ölkədə koronavirusa 33 nəfər yoluxub, bir nəfər dünyasını dəyişib.

 

Bu günədək Yaponiyada koronavirusa yoluxan 14 nəfər dünyasını dəyişib.

 

Yoluxanların ən çoxu Hokkaydo (104 nəfər) və Ayti prefekturasındadır (80 nəfər). Paytaxt Tokioda 64, Osaka prefekturasında isə 55 nəfər koronavirusa yoluxub.

 

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 100-dən çox ölkədə qeydə alınıb.

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Müəllif: Ayna.az      8 Mart 2020 20:27
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin