DSX: Düşmən təxribatının qarşısı alınıb

DSX: Düşmən təxribatının qarşısı alınıb

Döyüş məntəqələrimizi atəşə tutulub 

 

Bu gün saat 14:00 radələrindən başlamaqla Azərbaycan-Ermənistan döv­lət sərhədinin Qazax ra­yo­nunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntə­qələrimiz Ermənistanın Noyemberyan rayonunun Voskepar kəndi yaxın­lığında yerləşən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tərəfin­dən iri çaplı si­lah­­lardan və snayper tüfənglərindən intensiv atəşə tutul­ub.

 

Bu barədə AYNA-ya Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

 

DSX-dan bildirilib ki, düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqə­ləri­mi­zə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş möv­qeləri cavab atəşi ilə susdurulub.

Müəllif: Ayna.az      8 Mart 2020 19:19
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin