“Uşaqların hazırladığı videoçarx mənə xoş duyğular yaşatdı” - Mehriban Əliyeva

“Uşaqların hazırladığı videoçarx mənə xoş duyğular yaşatdı” -     Mehriban Əliyeva

Bu gün Beynəlxalq Qadınlar Günüdür

 

“Beynəlxalq Qadınlar Günü münasibətilə autizm sindromlu uşaqlar tərəfindən sevgi ilə hazırlanmış videoçarx mənə xoş, isti, işıqlı duyğular yaşatdı. Bu uşaqların simasında mənə bayram təbriklərini çatdıran bütün balaca soydaşlarımızı bağrıma basıram, hər birinə möhkəm cansağlığı, uzun ömür, xoşbəxt gələcək arzulayıram!”

 

AYNA xəbər verir ki, bu fikirlər Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın İnstaqram səhifəsində yer alıb.

 

Xatırladaq ki, Birinci vitse-prezident Mehriban Əliyeva keçən il dekabrın 30-da Autizm sindromlu uşaqlar üçün Reabilitasiya Mərkəzində olaraq uşaqlara baş çəkmiş, onlarla birgə Yeni il bayramını qeyd etmiş, tort bişirmiş, pianoda müxtəlif musiqilər ifa etmişdilər.

Müəllif: Ayna.az      8 Mart 2020 01:27
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin