Azərbaycan filmi ABŞ-da birinci oldu

Azərbaycan filmi ABŞ-da birinci oldu

"Çölçü” filmi 2012-ci ildə istehsal olunub

 

ABŞ-da keçirilən “Mindfield Film Festival – Albuquerque”da beynəlxalq kino ekspertlərindən ibarət münsiflər heyətinin qərarı ilə Şamil Əliyevin “Çölçü” filmi iki kateqoriyada “Best narratıve feature” (Ən yaxşı bədii film) və “Best dırector” (Ən yaxşı rejissor) mükafatına layiq görülüb. AYNA xəbər verir ki, mükafat heykəl fiqur və sertifikatla təsdiq olunub.

 

Qeyd edək ki, Şamil Əliyevin “Çölçü” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 64 beynəlxalq film festivalında iştirak edərək 30-dan artıq müxtəlif mükafatlara layiq görülüb.


“Çölçü” ümumilikdə bir neçə dəfə “Ən yaxşı bədii film”, “Ən yaxşı rejissor işinə görə”, “Ən yaxşı ssenari”, “Ən yaxşı qadın oyunçu”, “Yaradıcılıq axtarışlarına görə”, eləcə də münsiflər heyətinin xüsusi diplom və mükafatlarına, “Humay” milli mükafatına layiq görülüb.

 

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Prodüser M. Hətəmovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.

Müəllif: Mərahim Nəsib      7 Mart 2020 21:36
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin