Deputatlara iki aylıq maaşları qədər pul ödəniləcək

Deputatlara iki aylıq maaşları qədər pul ödəniləcək

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasıdır

 

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçiriləcək. AYNA xəbər verir ki, toplantının gündəliyinə 28 məsələ daxildir.

 

Bunlar "Notariat haqqında", "Dövlət rüsumu haqqında", “İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsi haqqında”, "Əmək pensiyaları haqqında", "Məhkəmələr və hakimlər haqqında" və s. qanunlara, o cümlədən Vergi, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələridir.

 

Qanun layihələrinin əksəriyyəti 2-ci cə 3-cü oxunuşda müzakirəyə çıxarılacaq. İclas Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başa çatacaq və deputatlar tətilə çıxacaq. Parlamentin üzvləri iyulun 15-dən avqust ayının 30-dək istirahətdə olacaqlar.

 

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödəniləcək.

Müəllif: Ayna.az      12 İyul 2019 10:49
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin