“Əsgərimizin qətlinin bütün məsuliyyətini Ermənistan daşıyır” - XİN

“Əsgərimizin qətlinin bütün məsuliyyətini Ermənistan daşıyır” -       XİN

Xarici İşlər Nazirliyi açıqlama yayıb

 

"Martın 7-də Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrini yerinə yetirən zaman əsgərimiz Qarayev Eltun Elman oğlu Ermənistan silahlı qüvvələrinin odlu silahdan açdığı atəş nəticəsində qətlə yetirilib".

 

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayıb. Açıqlamada bildirilir ki, bu qətl həftə ərzində düşmən qüvvələrinin Ermənistan-Azərbaycan sərhədində törətdiyi ikinci qanlı təxribat və cinayət halıdır və onun bütün məsuliyyətini Ermənistan daşıyır.

 

"Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini qoruyaraq, dövlətimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan heç bir hərbi qulluqçumuzun qanı yerdə qalmayacaq. Allah şəhidimizə rəhmət eləsin", - Nazirlikdən bildirilib.

Müəllif: Ayna.az      7 Mart 2020 14:19
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin