ABŞ-da koronavirusla bağlı sınaq testi yoxdur

ABŞ-da koronavirusla bağlı sınaq testi yoxdur

Ölkənin 20 ştatında 200-dən çox yoluxma qeydə alınıb

 

Ağ Ev ABŞ-da koronavirusla bağlı  kifayət sınaq testlərinin olmadığını etiraf edib.

 

AYNA xarici mediaya əsasən xəbər verir ki, vitse-prezident Mike Pence açıqlamasında Tramp administrasiyasının bu həftə ölkəyə bir milyon test dəsti çatdırmaq məqsədi qoyduğunu deyib.

 

Qeyd edək ki, artıq Vaşinqtonda 12 nəfər koronavirusdan ölüb. Ölkənin 20 ştatında 200-dən çox yoluxma qeydə alınıb.

 

Məlumat üçün deyək ki, artıq dünyada virusa yoluxan xəstə sayı 98 minə çatıb, 3380 nəfər ölüb, virusa yoluxanların 55 mini isə sağalıb.

Müəllif: Ayna.az      6 Mart 2020 12:17
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin