Rusiyada xeyli sayda tələbə karantinə alınıb

Rusiyada xeyli sayda tələbə karantinə alınıb

Koronavirus sürətlə yayılmaqda davam edir 

 

Rusiyanın Sankt-Peterburq şəhərində Şimal-Qərb Dövlət Tibb Universitetinin 700-dən artıq tələbəsi karantinə alınıb.

 

AYNA “Report”a istinadən xəbər verir ki, ali məktəbin Mətbuat xidmətindən verilən açıqlamaya görə, koronavirus İtaliyadan ixtisas məşğələləri üçün gələn bir tələbədən yayılıb. Hazırda həmin tələbənin başqaları ilə təmasları araşdırılır.

 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 87 ölkə və regionu əhatə edir.

 

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 97 022-yə çatıb. Bunların 53 983 nəfəri sağalıb, 3 311 nəfəri isə ölüb.

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Müəllif: Ayna.az      6 Mart 2020 04:17
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin