Xoşbəxtlər ölkəsində koronavirusdan ilk ölüm qeydə alınıb

Xoşbəxtlər ölkəsində koronavirusdan ilk ölüm qeydə alınıb

İsveçrədə təhlükəli virusa yoluxanların sayı 81-ə çatıb

 

İsveçrədə ilk dəfə olaraq koronavirusdan ölüm faktı qeydə alınıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, xəstəliyin qurbanı 74 yaşlı qadın olub.  

 

Digər tərəfdən, İsveçrədə təhlükəli virusa yoluxanların sayı 81-ə çatıb. Virusa yoluxmaqda şübhəli bilinən bir çox insanın isə test nəticələrini gözlədiyi vurğulanıb.

 

Artıq ölkədə virus təhlükəsinə görə, təşkilatlar, beynəlxalq sərgilər, film festivalları və BMT İnsan Hüquqları Şurasının 43-cü sessiyası çərçivəsində bütün konfrans və panellər təxirə salınıb.

Müəllif: Ayna.az      5 Mart 2020 19:25
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin