“Sülhün müharibəyə üstün gəldiyi bir coğrafiyanın xəyalını qururuq”

“Sülhün müharibəyə üstün gəldiyi bir coğrafiyanın xəyalını qururuq”

"Təhlükəsizlik zonası planı bölgəmizə dinclik gətirəcək bir sülh layihəsidir"

 

“Türkiyə olaraq qarşıdurmaların və göz yaşının Orta Şərqin alın yazısı olduğu anlayışına qarşı çıxırıq. Sevginin nifrətə, sülhün müharibəyə üstün gəldiyi bir coğrafiyanın xəyalını qururuq”.

 

AYNA xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin sədr müavini Çağatay Özdəmir Administrasiyanın İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən keçirilən Beynəlxalq İdlib Konfransındakı çıxışı zamanı söyləyib. 

 

Beynəlxalq cəmiyyətə dinclik üçün Türkiyənin etibarlı bölgə planına dəstək vermək çağırışı edən Ç.Özdəmir,  “Hörmətli prezidentimizin BMT-də paylaşdığı təhlükəsizlik zonası planı bölgəmizə dinclik gətirəcək bir sülh layihəsidir. Beynəlxalq ictimaiyyət bölgəmizdə sülh və sabitliyi bərpa edəcək bu layihəni vaxt itirmədən dəstəkləməlidir”, - deyə bildirib.

 

Özdəmir Suriyadakı qanlı vətəndaş müharibəsinin 9-cu ilini başa vurduğunu xatırladaraq, bu müddət ərzində yüz minlərlə insanın həyatını itirdiyini, milyonlarla mülki şəxsin qonşu ölkələr başda olmaqla, xarici torpaqlara sığındığını və yenə milyonlarla Suriya vətəndaşının isə öz ölkələrinin sərhədləri daxilində nisbətən təhlükəsiz bölgələrə gedərək, bu günə qədər həyatda qalmağı bacardığını vurğulayıb.

 

Birləşmiş Millətlər Təşkilatının “İkinci Dünya müharibəsindən bəri yaşanan ən böyük humanitar böhran” hesab etdiyi Suriya münaqişəsi səbəbilə Türkiyənin çox ağır bədəllər ödəyən ölkələrdən biri olduğuna diqqət çəkən Özdəmir, illərdir, təxminən, 3,5 milyon suriyalıya ev sahibliyi etdiyini, iqtisadi gücü özündən çox daha böyük olan ölkələri geridə qoyaraq “dünyanın ən səxavətli ölkəsi” tituluna sahib olduğunu dilə gətirib.

Müəllif: Ayna.az      5 Mart 2020 19:47
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin