Putindən Ərdoğana: “Belə olmasını istəməzdik”

Putindən Ərdoğana: “Belə olmasını istəməzdik”

Kreml başçısı: “Bu cür xoşagəlməz hadisələrin təkrarlanmamasına çalışacağıq”

 

Moskvada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş başlayıb. AYNA xəbər verir ki, görüşdən əvvəl hər iki lider mətbuat konfransında iştirak edib və jurnalistlərin suallarını cavablandırıb.

 

Kreml rəhbəri görüşdən əvvəl İdlibdə şəhid olan türkiyəli əsgərlərə görə türkiyəli həmkarına başsağlığı verib: “Bu cür xoşagəlməz hadisələrin təkrarlanmamasına çalışacağıq. Suriya ordusu da daxil olmaqla heç kim türkiyəli əsgərlərin orada olduğunu bilmirdi. Heç kim belə olmasını istəməzdi. Suriya ordusunda da ciddi itkilər var. Rusiya-Türkiyə münasibətlərinə zərər gəlməsini istəmirik”.

 

Ərdoğan isə Türkiyə ilə Rusiya arasındakı münasibətlərin korlandığını bildirərək, iki ölkə arasındakı münasibətlərin qüvvətləndirilməsini istədiyini bildirib.

Müəllif: Ayna.az      5 Mart 2020 15:59
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin