İcbari tibbi sığorta sistemi bütün ölkədə tətbiq olunacaq

İcbari tibbi sığorta sistemi bütün ölkədə tətbiq olunacaq

Baş nazir tibbi sığorta sisteminin tətbiq ediləcəyini bildirib
 

Baş nazir Novruz Məmmədovun "Azərbaycan” qəzetində dərc edilən məqaləsində 2020-ci ildən etibarən icbari sığorta sisteminin tətbiq olunacağı deyilir.


AYNA xəbər verir ki, Novuz Məmmədov: “2018-ci ilin 11 aprel seçkilərindən sonra sosialyönümlü islahatlarda keyfiyyətcə yeni mərhələnin başlanması, xüsusən də bu ilin əvvəlindən başlayaraq əhalinin aztəminatlı və imtiyazlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən kompleks tədbirlərin həyata keçirilməsi Azərbaycanın "sosial dövlət” konsepsiyasına sadiqliyinin bariz göstəricisidir”, - deyə, bildirib.

Baş nazir onu da əlavə edib ki: "Yürüdülən uğurlu iqtisadi siyasət – çevik və şəffaf vergi-gömrük islahatları nəticəsində son aylarda ölkəmizin maliyyə imkanlarının daha da artması ilə paralel dövlət başçısı uğurlu sosial islahatlar paketinin reallaşdırılmasını təmin edib. Təkcə onu demək lazımdır ki, bu prosesin əyani təzahürü olaraq icbari tibbi sığorta sisteminin tətbiqi təmin edilib, bu sistemin 2020-ci ildən bütün ölkədə tətbiqi nəzərdə tutulub”.

Müəllif: Ayna.az      12 İyul 2019 03:34
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin