Ərdoğanın Moskva səfəri başlayıb

Ərdoğanın Moskva səfəri başlayıb

Türkiyə Prezidenti bir günlük Moskva səfəri zamanı rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xüsusi təyyarəsi ilə Rusiyanın paytaxtı Moskvaya yola düşüb. AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğanı Əsənboğa hava limanından vitse-prezident Fuat Oqtay, Ankara valisi Vasip Şahin, Ankara Təhlükəsizlik qüvvələrinin rəisi Sərvət Yılmaz yola salıblar.

 

Bundan əlavə, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Müdafiə Naziri Hulusi Akar, Xəzinə və Maliyyə Naziri Berat Albayrak, MİT prezidenti Hakan Fidan, Rabitə naziri Fəxrəddin Altun, Prezident sözcüsü İbrahim Kalın, AKP sözcüsü Ömər Çelik və vitse-prezident Mahir Ünal da Ərdoğanla birlikdə Moskva səfərinə yollanıblar.

 

Qeyd edək ki, Türkiyə Prezidenti bir günlük Moskva səfəri zamanı rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

Müəllif: Ayna.az      5 Mart 2020 12:17
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin