ABŞ-da koronavirusla bağlı fövqəladə vəziyyət elan olundu

ABŞ-da koronavirusla bağlı fövqəladə vəziyyət elan olundu

Ölkənin 16 ştatda, ən azı 150 Covid-19 xəstəsi var

 

ABŞ-da koronavirusdan ölənlərin sayı 11-ə çatıb, bu səbəbdən ölkənin bir çox ştatında fövqəladə vəziyyət elan edilib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, sonuncu ölüm faktı Kaliforniya ştatında Sakramento yaxınlığındakı bir xəstəxanada baş verib, həyatını itirən 71 yaşlı adamın  sağlamlıq vəziyyəti yaxşı olsa da, qəfil halı pisləşib. Həmin vaxt o, gəmi gəzintisində imiş.

 

Məlumatda bildirilir ki, Ağ Ev də xəstəlik naminə ümummilli sınaqları genişləndirmək üçün hərəkətə keçib. Ölkənin 16 ştatda, ən azı 150 Covid-19 xəstəsi var.

 

Məlumat üçün deyək ki, dünyada virusa yoluxanların  sayının 92000-dən çox olduğu təsdiqlənib. Onlardan 80 mindən çoxu Çindədir. Tək Çində  xəstəlikdən 3000-dən çox insan ölüb.

Müəllif: Ayna.az      5 Mart 2020 11:40
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin