İdlibdə 1 türk əsgəri həlak olub

İdlibdə 1 türk əsgəri həlak olub
Türkiyə ordusu şəhid verib 
 
Bəşşar Əsədə məxsus qüvvələrin artilleriya atəşi nəticəsində Suriyanın İdlib əyalətində 1 türk əsgəri həlak olub.
 
Bu barədə AYNA Türkiyə mətbuatına istinadən xəbər verir.
 
Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatında qeyd edilir ki, atəş nəticəsində daha 1 türk əsgəri yaralanıb. Nazirliyin məlumatına görə, Suriya ordusunun bölgədə aşkarlanan hədəfləri dərhal intensiv atəşə tutulub və məhv edilib.
Müəllif: Ayna.az      3 Mart 2020 02:21
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin