Netanyahunun partiyası parlament seçkilərində qalib gəlib

Netanyahunun partiyası parlament seçkilərində qalib gəlib

Partiya parlamentə 120 yerdən 37-ni qazanıb

 

İsrailin Baş naziri Binyamin Netanyahunun “Likud” partiyası bazar ertəsi Knessetə 23-cü seçkilərdə qalib gəlib.

 

AYNA “Report"a istinadən xəbər verir ki, bu rəqəmlər İsrailin “12-ci Kanal”ının parlament seçkilərində keçirdiyi “exit poll”un nəticələrində qeyd edilib.

 

Bildirilir ki, partiya parlamentə 120 yerdən 37-ni qazanıb. “Likud”un əsas rəqibi, Baş Qərargahın keçmiş başçısı Beni Qanzın başçılıq etdiyi “Kahol-Lavan” mərkəzçi partiyalar bloku birpalatalı parlamentdəki 33 yerə sahib olub.

Müəllif: Ayna.az      3 Mart 2020 00:58
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin