Türkiyənin Müdafiə nazirindən "Bahar qalxanı" barədə açıqlama

Türkiyənin Müdafiə nazirindən "Bahar qalxanı" barədə açıqlama

Türkiyənin Müdafiə naziri Hulusi Akar: ""Bahar qalxanı" əməliyyatı çərçivəsində Əsəd rejiminə aid qüvvələrin 2557 üzvü zərərsizləşdirilib" 

 

Türkiyənin Müdafiə Naziri Hulusi Akar "Bahar Qalxanı" əməliyyatı çərçivəsində bu günə qədər 2 döyüş təyyarəsi, 2 PUA, 8 helikopter, 135 tank, 5 hava hücumundan müdafiə sistemi və  Bəşər Əsəd rejiminə aid qüvvələrin 2557 üzvünün zərərsizləşdirildiyini bildirib.

 

AYNA xəbər verir ki, Müdafiə naziri "Bahar qalxanı" əməliyyatının planlaşdırıldığı şəkildə müvəffəqiyyətlə davam etdirildiyini, Türk Silahlı Qüvvələri tərəfindən bütün hücumlara misliylə şiddətli və sarsılmaz bir şəkildə cavab verildiyini qeyd edib.

 

“Ölkəmizin və nəcib millətimizin suverenliyi və müstəqilliyi uğrunda canlarını fəda edən bütün şəhidlərimizi və qəhrəman qazilərimizi hörmətlə yad edir, həyatda olan qazilərimizə, şəhid və qazilərimizin dəyərli ailələrinə, nəcib və vəfalı millətimizə hörmət və minnətdarlığımı bildirirəm. İdlib başda olmaqla quruda, dənizdə və havada, ölkə daxilində və sərhədlərindən kənarda çətin hava və ərazi şəraitlərində nəcib millətimizin sevgisi, inamı və dualarından aldığı ilhamla vəzifələrini qəhrəmanlıq və fədakarlıqla yerinə yetirən qəhrəman silahdaşlarımıza can sağlığı, qəzasız, bəlasız, xeyirli və uğurlu vəzifələr diləyirik”, - deyə H.Akar bildirib.

Müəllif: Ayna.az      2 Mart 2020 19:06
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin