İranda koronavirusdan ölənlərin sayı artıb

İranda koronavirusdan ölənlərin sayı artıb

"1501 nəfərin analizinin nəticələri müsbət çıxıb"

 

İran Səhiyyə nazirinin müavini Əlirza Rəisi ölkədə koronavirus qurbanlarının sayını açıqlayıb.

 

AYNA xarici mediaya istinadn xəbər verir ki, nazir müavini İranda daha 12 nəfərin bu infeksidan öldüyünü bildirib.

 

Bununla da, İranda koronavirusdan ölənlərin sayı 66 nəfərə çatıb. 

 

"Daha 523 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 1 501 nəfərə çatıb. Bu günədək 291 nəfər isə koronavirusdan sağalıb", - Ə.Rəisi deyib.

 

Nazir müavininin sözlərinə görə, indiyədək İranda 7 280 nəfər xəstəxanalara müraciət edib: "Onlardan 4 312 nəfərdən yaxma nümunəsi götürülüb və 1501 nəfərin analizinin nəticələri müsbət çıxıb".  

Müəllif: Ayna.az      2 Mart 2020 16:37
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin