“Türkiyə daha qəliz situasiya ilə üzləşir”

“Türkiyə daha qəliz situasiya ilə üzləşir”

Azər Rəşidoğlu: “Məqsəd odur ki, Türkiyənin M4 magistralından cənuba irəliləməsinə imkan verilməsin”

 

Məlum olduğu kimi, İdlibdə Suriya ordu birləşmələrinin Türkiyə Silahlı Qüvvələrinin (TSQ) mövqelərinə endirdiyi aviasiya zərbələri nəticəsində 33 türk əsgəri şəhid olub. Bəşər Əsəd hakimiyyəti bunu cavab addımı adlandırıb. Xatırladaq ki, fevralın 10-dan etibarən TSQ-nin endirdiyi zərbələr nəticəsində Əsədə tabe olan ordu 1709 nəfər itki verib. Türkiyə ordusu, həmçinin 55 tank, 3 helikopter, 18 zirehli maşın və 29 topu məhv edib.

 

Baş verənləri AYNA-ya şərh edən politoloq Azər Rəşidoğlunun sözlərinə görə, 33 şəhid verilməsinin ardınca TSQ-nin yeni hərbi əməliyyatlara başlaması ən doğru qərardır: “Yenidən hər kəsi belə bir sual düşündürür: Suriyada nə baş verir və Ankaranın bu bölgədə iştirakı hansı zərurətdən yaranıb? Vurğulayaq ki, Ankaranın başlıca hədəfi İdlibə və qonşu ərazilərə nəzarəti qoruyub saxlamaqdır. Bu missiya tam uğursuzluğa düçar olsa, Türkiyənin vəziyyəti ağırlaşa bilər və odur ki, Ankara qətiyyət nümayiş etdirir. Rusiyanın da İdlibə girəcəyi qaçılmaz idi. Lakin bir məsələni də təhlil etmək lazım gəlir. Suriyada vətəndaş müharibəsinin bacardıqca uzun davam etməsi Vaşinqtonun planlarını pozur. Türkiyə istəyinə müəyyən mənada çatdı - Qamışlı istisna olmaqla, bütün sərhəd boyunca 30 km-lik bölgədən YPG-nin çxarılmasını təmin edə bildi. Eyni zamanda ABŞ-dan sonra Rusiya ilə də müqaviləyə legitimlik qazandırdı. Həmçinin bundan sonra Suriya ilə bağlı ABŞ-la danışıqlar aparmaq məsuliyyətindən özünü azad etdi. Rusiya bu müqavilə ilə ABŞ-ı oyundan kənarda qoydu. İran zatən oyundan kənar vəziyyətdə idi. Əsədin Ərdoğanla razılığa gəlmək və Rusiyanın dediyini etməkdən başqa seçimi qalmamışdı. Lakin İdlibdəki son əməliyyat Ankara-Dəməşk razılaşmasının perspektivini heçə endirir”.

Müəllif: Mərahim Nəsib      2 Mart 2020 13:10
Siyasət bölməsinə aid digər xəbərlər
5 İyul
23:04
Pandemiyanın qurbanları: İşəgötürənin bir dərdi var, işçinin başqa
5 İyul
21:36
“Azərbaycanın yerində olsam, özümü Rusiya təhlükəsindən kənarda hiss etmərəm”
5 İyul
19:41
“Operativ Qərargahın qərarları şübhələr yaradır”
5 İyul
18:25
Azərbaycanda daha 523 nəfər COVID-19-a yoluxub, 9 xəstə vəfat edib
5 İyul
18:11
Bakıda koronavirus ocağı: Biz bu dəhşətin içərisində yaşamaq istəyirik? – FOTOLAR
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin