Xətainin heykəlinin köçürülmə səbəbi açıqlandı - FOTOLAR

Xətainin heykəlinin köçürülmə səbəbi açıqlandı -         FOTOLAR

Şah İsmayıl Xətainin heykəli köçürülüb

 

Bakıda Şah İsmayıl Xətainin heykəlinin iki magistral yolun ortasında yerləşdiyindən, buranın ziyarət üçün uyğunsuz olması ilə bağlı müxtəlif müraciətlər daxil olurdu.

 

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, bununla əlaqədar görkəmli dövlət xadimi, sərkərdə, filosof və şair Şah İsmayıl Xətainin heykəli ziyarətlər və müxtəlif tədbirlərin keçirilməsi, nəqliyyat vasitələrinin maneəsiz yaxınlaşması və vətəndaşların istirahəti üçün daha uyğun yerə köçürülüb: 

 

“Bütün bunlar görkəmli, tarixi şəxsiyyətin heykəlinin yeni səviyyədə təqdim olunmasına imkan verəcək. Digər tərəfdən Xətai heykəlinin köçürülməsi Nizami küçəsi ilə Sabit Orucov, Mehdi Mehdizadə küçəsi 28 May küçəsi istiqamətində yolları birləşdirən yol-nəqliyyat qovşağının yaradılmasına imkan verəcək ki, bu da bu ərazidə olan tıxacların qarşısının alınmasına şərait yaradacaq”.

 

Qeyd olunub ki, heykəlin köçürülməsi abidəyə heç bir xələl gətirilmədən müvafiq qurumların nəzarəti ilə peşəkar şirkət tərəfindən həyata keçirilib.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      1 Mart 2020 18:40
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin