Məktəblərdə psixoloq ştatının sayı müəyyənləşib

Məktəblərdə psixoloq ştatının sayı müəyyənləşib

Baş Nazir Əli Əsədov qərar imzalayıb 

 

Nazirlər Kabineti ümumi təhsil müəssisələrində psixoloq ştatının sayının müəyyən edilməsi haqqında qərar verib.

 

AYNA xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

 

Qərarla dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində psixoloq ştatının sayı aşağıdakı kimi müəyyən edilib:

 

- şagird sayı 1 000-dək olduqda, 1 vahid;

 

- şagird sayı 1 000-dən 3 000-dək olduqda, 2 vahid;

 

- şagird sayı 3 000-dən çox olduqda, 3 vahid.

 

Qeyd olunub ki, özəl ümumi təhsil müəssisəsində psixoloq ştatının sayı həmin təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyən olunur.

Müəllif: Ayna.az      29 Fevral 2020 22:40
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin