Koronavirusa yoluxanların yaşları və gəldikləri şəhərlər açıqlanıb

Koronavirusa yoluxanların yaşları və gəldikləri şəhərlər açıqlanıb

Azərbaycanda daha 2 nəfərdə koronavirus aşkarlanıb 


Xəbər verdiyimiz kimi, İrandan Azərbaycana gələn daha 2 nəfərdə koronavirus aşkar edilib.

 

TƏBİB-dən AYNA-ya verilən məlumata görə, həmin şəxslər 1973-cü il və 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşlarıdır.

 

17.06.1973-cü il təvəllüdlü şəxs fevralın 26-da xəstəxanaya yerləşdirilib. O, 1 gün Tehranda, 3 gün Təbrizdə olub.

 

29.04.1998-ci il təvəllüdlü şəxs isə Qum şəhərindən gəlib. O da fevralın 26-da xəstəxanaya yerləşdirilib.

Müəllif: Ayna.az      29 Fevral 2020 15:26
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin