Koronavirusla mübarizə tədbirlərinə 232 milyon avro ayrılıb

Koronavirusla mübarizə tədbirlərinə 232 milyon avro ayrılıb

Avropa bu məsələdə aparıcı rol oynamağı planlaşdırır

 

Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv dövlətləri dəstəkləmək və koronavirus kimi tanınan COVID-19 virusu ilə mübarizə məqsədilə beynəlxalq səyləri gücləndirmək istiqamətində gecə-gündüz çalışır.

 

AYNA xəbər verir ki, fevralın 24-də Avropa Komissiyası virusun yayılmasına qarşı qlobal miqyasda hazırlığın gücləndirilməsi və profilaktik tədbirlərin görülməsi üçün 232 milyon avronun ayrıldığını elan edib.

 

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen bildirib ki, bu vəsaitin bir hissəsi dərhal müxtəlif sahələrə yönəldiləcək, yerdə qalan hissəsinin isə növbəti aylarda ayrılması nəzərdə tutulub.

 

“Yoluxma hallarının artması səbəbindən cəmiyyətin sağlamlığı nömrə bir prioritet təşkil edir. Virusun yayılmasına qarşı mübarizə üzrə hazırlıq tədbirlərinin Avropada, Çində, yaxud hər hansı başqa ölkədə görülməsindən asılı olmayaraq beynəlxalq icma birlikdə çalışmalıdır. Avropa bu məsələdə aparıcı rol oynamağı planlaşdırır", - deyə, Leyen qeyd edib.

Müəllif: Ayna.az      28 Fevral 2020 16:30
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin