Rusiya Müdafiə Nazirliyi: Türkiyə ilə atəşkəsə hazırıq

Rusiya Müdafiə Nazirliyi: Türkiyə ilə atəşkəsə hazırıq

"Türkiyə bölgədə öz əsgərlərinin olub-olmaması ilə bağlı Rusiya tərəfinə heç bir məlumat verməyib"

 

Suriyanın İdlib şəhərində Rusiyanın dəstəyi ilə hərəkətə keçən Suriya ordusunun hücumları nəticəsində 33 Türkiyə əsgəri şəhid olub. AYNA xəbər verir ki, hadisədən sonra Rusiya Müdafiə Nazirliyi açıqlama verib.  

 

Nazirliyin açıqlamasında, Türkiyənin bölgədə əsgərinin olub-olmadığı barədə Rusiyaya məlumat vermədiyi iddia edilib: “27 fevralda Suriya ordusu İdlibdə müxaliflərə qarşı genişmiqayaslı hücum reallaşdırıb. Lakin hücumlar nəticəsində suriyalılarla bərabər Türkiyə əsgərləri də öldürülüb. Türkiyə isə bölgədə öz əsgərlərinin olub-olmaması ilə bağlı Rusiya tərəfinə heç bir məlumat verməyib. Türkiyə ilə razılaşmaya əsasən, türk əsgərləri ərazidə olmamalı idi. Rus təyyarələri türk əsgərlərinin olduğu bölgələrə hücum etməyib”.

 

Rusiya Müdafiə Nazirliyi Türkiyə ilə atəşkəsə razı olduqlarını da bildirib.

Müəllif: Ayna.az      28 Fevral 2020 11:40
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin