Papa xəstələndi, bütün tədbirləri ləğv edildi - FOTOLAR

Papa xəstələndi, bütün tədbirləri ləğv edildi -     FOTOLAR

Onun konkret hansı xəstəlikdən narahatlığı barədə isə məlumat verilməyib

 

Katolik dünyasının dini lideri Papa Fransiskin koronavirus xəstələrinə dəstək toplantısından sonra halı pisləşib.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu səbəbdən Papanın Romada din xadimləri ilə planlaşdırılan görüşü ləğv edilib. 83 yaşlı dini liderin digər tədbirlərindən də imtina olunub. Vatikan Papanın evində istirahət edəcəyini açıqlayıb.

 

Onun konkret hansı xəstəlikdən narahatlığı barədə isə məlumat verilməyib. Xatırladaq ki, Papa bir gün əvvəl koronavirus xəbərdarlığına baxmayaraq, insan kütlə içinə qarışaraq onlarla bir-bir görüşmüşdü. Tədbir zamanı Papanın tez-tez öskürməsi və burnunu silməsi diqqətdən yayınmamışdı.


Müəllif: Ayna.az      28 Fevral 2020 04:24
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin