İranın vitse-prezidenti koronavirusa yoluxub

İranın vitse-prezidenti koronavirusa yoluxub

İranda koronavirusa yoluxanların sayı artıb

 

İranın vitse-prezidenti Məsumə Ebtekar koronavirusa yoluxub.

 

AYNA xəbər verir ki, onun analizinin nəticələri müsbət çıxıb və karantinə alınıb. 

 

M.Ebtekar İran prezidentinin qadın və ailə məsələləri üzrə müavinidir.

 

Qeyd edək ki, rəsmi məlumata görə, İranda koronavirusdan ölənlərin sayı 26 nəfərdir. Bundan əlavə, 245 yoluxma halı qeydə alınıb.

 

Eyni zamanda İranda səhiyyə nazirinin müavini və iki deputat da koronavirus daşıyıcısıdır.

Müəllif: Ayna.az      28 Fevral 2020 03:19
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin