Əsas səhifə Haqqımızda Xəbər lenti

Ombudsmana müraciət asanlaşır

Ombudsmana müraciət asanlaşır

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə müraciətlər üçün vahid qaynar xəttin yaradılması tövsiyə edilib

 

Ombudsmana müraciət üçün vahid "qaynar xətt" yaradılacaq.

 

AYNA  xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”da əksini tapıb.

 

Sənədə əsasən, İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsman) 2020-ci ildə  vətəndaşların müraciət imkanlarının genişləndirilməsi və müraciətlərə baxılma işinin operativliyinin artırılması məqsədilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (ombudsmana) müraciətlər üçün vahid qaynar xəttin yaradılması tövsiyə edilib.

Müəllif: Ayna.az      27 Fevral 2020 18:40
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin