Əsas səhifə Haqqımızda Xəbər lenti

Nazirliyə daxil olan şikayət araşdırılıb

Nazirliyə daxil olan şikayət araşdırılıb

Tikinti altına düşən 6 müxtəlif cinsli ağacın köçürülməsinə, köçürülməsi mümkün olmayan 1 tut ağacının isə götürülməsinə icazə verilib

 

Nizami rayonu, Elşən Süleymanov küçəsində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən yerində araşdırılıb.

 

AYNA xəbər verir ki, bu barədə jurnalistlərə ETSN-in Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin məlumat verib. Bildirib ki, sözügedən ərazidə sosial obyektin tikintisi məqsədilə tikinti altına düşən 6 müxtəlif cinsli ağacın Dövlət Ekspertiza İdarəsinin rəyi əsasında köçürülməsinə, köçürülməsi mümkün olmayan 1 tut ağacının isə götürülməsinə icazə verilib.

 

“Ağaclar Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin mütəxəssisləri tərəfindən Birliyin Motodrom tinglik sahəsinə köçürülüb, bioloji inkişafdadır və onlara aqrotexniki qulluq göstərilir”, - deyə Nazirlik rəsmisi qeyd edib.

Müəllif: Ayna.az      27 Fevral 2020 16:41
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin