Əsas səhifə Haqqımızda Xəbər lenti

İstanbulda Əbülfəz Elçibəy Vəqfi yaradılıb

İstanbulda Əbülfəz Elçibəy Vəqfi yaradılıb

Vəqfin rəhbəri mərhum Prezidentin kürəkəni Aqil Səmədbəylidir

 

Türkiyədə Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin adına vəqf (xeyriyyə fondu) yaradılıb. AYNA xəbər verir ki, sözügedən vəqfi mərhum Prezidentin qızı Çilənay Səmədbəyli yaradıb.

 

Vəqfin rəhbəri Elçibəyin kürəkəni Aqil Səmədbəylidir. Əbülfəz Elçibəy Vəqfinin yaradılmasında əsas məqsəd mərhum Prezidentin xatirəsini yaşatmaqdır.

 

Qeyd edək ki, vəqfin açılış mərasimi martın 29-u, saat 14:00-18:00 arasında İstanbulda keçiriləcək.

Müəllif: Ayna.az      27 Fevral 2020 13:37
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin