Gürcüstan İrana gediş-gəlişi məhdudlaşdırıb

Gürcüstan İrana gediş-gəlişi məhdudlaşdırıb

Ötən gün Gürcüstanda koronavirusa ilk yoluxma faktı qeydə alınıb

 

Gürcüstan hökuməti koronavirusun yayılması səbəbindən İrana gediş-gəlişi məhdudlaşdırmaq qərarına gəlib. 

 

AYNA-nın “Qafqazinfo”ya istinadən  məlumatına görə, bunu Gürcüstanın Səhiyyə naziri Yekaterina Tikaridze çərşənbə günü keçirdiyi brifinq zamanı açıqlayıb.

 

“Gürcüstanın Baş Naziri ilə görüşdə qərər qəbul olundu: bizim İranla sərhədimiz yoxdur, lakin iki həftə ərzində İran vətəndaşları üçün gediş-gəliş məhdudlaşdırılacaq. Gediş-gəliş, həmçinin İrandan gələn Gürcüstan vətəndaşları üçün də məhdudlaşdırılıb”, - Tikaridze deyib.

 

Qeyd edək ki, ötən gün Gürcüstanda koronavirusa ilk yoluxma faktı qeydə alınıb. Həmin şəxs - bu günlərdə İrandan qayıdan 50 yaşlı Gürcüstan vətəndaşıdır. O, Gürcüstana Azərbaycandan keçib.

 

Xatırladaq ki, daha əvvəl Gürcüstan hava nəqliyyatı ilə İran və Çindən sərnişin axınını müvəqqəti dayandırdığını açıqlamışdı.

Müəllif: Ayna.az      27 Fevral 2020 07:20
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin