Çempionlar Liqasının oyunları təxirə salınıb

Çempionlar Liqasının oyunları təxirə salınıb

Koronavirus təhlükəsi bütün dünyanı təşvişə salıb 

 

Asiya Çempionlar Liqasının mart ayında Cənubi Koreyada keçirilməli olan oyunları ləğv olunub.

 

AYNA "Report"a istinadən xəbər verir ki, buna koronavirus epidemiyası səbəb olub.

 

ÇL-də iştirak edən yerli klublar - "Seul", "Ulsan", "Suvon" və "Çonbuk"un 3-4 mart tarixlərində evdə oynamalı olduqları matçlar qeyri-müəyyən müddətədək təxirə salınıb. 

 

Qeyd edək ki, Cənubi Koreyada koronavirusa 1 146 yoluxma halı qeydə alınıb. Bunlardan 12-si ölümlə nəticələnib. Epidemiyaya görə yerli çempionatın startı (29 fevral) da təxirə salınıb.

Müəllif: Ayna.az      27 Fevral 2020 02:48
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin