Bakı Şəhər İcra Hakimiyyəti mitinqlə bağlı müraciətə cavab verib

Bakı Şəhər İcra Hakimiyyəti mitinqlə bağlı müraciətə cavab verib

Mitinqçilərə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsindəki “Neftçi" İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazası təklif edilib

 

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat və ReAL partiyalarının, D18 hərəkatının və müstəqil namizədlərin mitinqlə bağlı müraciətinə cavab verib. AYNA xəbər verir ki, bu barədə D18 Hərəkatının rəhbəri Ruslan İzzətli məlumat yayıb.

 

İzzətlinin məlumatına görə, müraciətə baxılıb və onlara fevralın 29-da Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsindəki “Neftçi" İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında mitinq keçirmək təklif edilib: “Biz bu təkliflə razılaşmırıq. Mitinqin harada keçiriləcəyi ilə bağlı mitinqin təşkilatçıları ilə bu gün görüş keçirib qərar verəcəyik”.

 

Qeyd edək ki, ReAL Partiyasının sədri İlqar Məmmədov, D18 hərəkatının rəhbəri Ruslan İzzətli, Müsavat Partiyasının başqan müavini Fərəc Kərimov və müstəqil namizəd Fərhad Mehdiyev fevralın 29-da Mərkəzi Seçki Komissiyasının qarşısında mitinq keçirmək üçün BŞİH-ə müraciət ediblər.

Müəllif: Ayna.az      26 Fevral 2020 16:45
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin