Koronavirus şübhəsi ilə daha 29 nəfər xəstəxanaya yerləşdirilib

Koronavirus şübhəsi ilə daha 29 nəfər xəstəxanaya yerləşdirilib

Onların İrandakı xəstəlik alovlanan ərazidə olub-olmadıqları araşdırılır

 

Bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına həkim müayinəsi üçün 29 nəfər daxil olub. AYNA xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

 

Məlumata görə, həmin şəxslərin səhhətində hər hansı problem aşkarlanmayıb. Onların İrandakı xəstəlik alovlanan ərazidə olub-olmadıqları araşdırılır.

 

Xatırladaq ki, dünən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına həkim müşahidəsi üçün 23 nəfər yerləşdirilib. Hazırda ümumilikdə 52 nəfərdən 2-sinin hərarəti normadan bir qədər yüksəkdir. Həkim müşahidələri davam edir.

 

Nazirlik ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələrdə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edir.

Müəllif: Ayna.az      26 Fevral 2020 15:07
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin