Rus hərbi texnikası türk tanklarına qarşı

Rus hərbi texnikası türk tanklarına qarşı

Suriyada Türkiyə ilə Rusiya arasında qarşıdurma şiddətlənir

 

Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın İdlib şəhərində Bəşər Əsədə bağlı ordunun müşahidə nöqtələrinə hücum etdikdən sonra Suriya hərbçiləri geri çəkilmək məcburiyyətində qalıblar. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə istehsalı olan “Fırtına” tankları qarşısında müqavimət göstərə bilməyən Suriya ordusuna Rusiya istehsalı olan “2A65 Msta-B” tanklardan müdafiə texnikası ilə dəstək verilib.

 

Hazırda vəziyyət gərgin olaraq qalır. Siyasi müşahidəçilərin fikrincə, Rusiyan bu həmləsi ilə, Suriya münaqişəsinə dair Ankara-Moskva müzakirələrində üstünlük qazanmaq məqsədi güdür.

 

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında 5 Mart 2020-ci ildə görüş keçiriləcəyi gözlənilir.

Müəllif: Ayna.az      26 Fevral 2020 15:27
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin