Bağça uşaqlarından Xocalı təşəbbüsü – FOTO, VİDEO

Bağça uşaqlarından Xocalı təşəbbüsü –         FOTO, VİDEO

Xocalı soyqırımının 28-ci ildönümü 316 saylı uşaq bağçasında qeyd olunub

 

Xocalı soyqırımının 28-ci ildönümü Xətai rayonu 316 saylı körpələr evi-uşaq bağçasının pedaqoji kollektivi tərəfindən qeyd olunub. AYNA xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın və ərazi bütövlüyümüzün qorunması yolunda canlarından keçmiş şəhidlərimizin, Xocalı faciəsi qurbanlarının ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

 

Daha sonra bağçanın "Uşaqlığın Akademiyası" rus qrupunun uşaqları Xocalı həqiqətlərini özündə əks etdirən şəkillər və videoçarxlar təqdim ediblər. Qrupun tərbiyəçi müəllimləri Əsgərova Səbinə və Sarıyeva İlhamə bildiriblər ki, Xocalı soyqırımının 28-ci ildönümünü bu dəfə uşaqlarımız öz rəsmlərində təsvir etmək istəyiblər və onların sərbəst seçim etmə hüquqlarına üstünlük verilib.

 

Qrupun tərbiyəçiləri məlumat veriblər ki, Xocalı soyqırımı siyasi-hüquqi qiymətini yalnız Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra alıb və bundan sonra Azərbaycan reallıqlarının beynəlxalq ictmaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülməyə başlanılıb: “Məhz Ümummilli Liderin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Milli Məclisi fevralın 26-nı Xocalı soyqırımı günü elan edib”.

 

Qrupun tərbiyəçi - müəllimləri uşaqları vətənpərvərlik ruhunda tərbiyə etmələri üçün əllərindən gələni əsirgəməyəcəklərini deyiblər: "Xocalı faciəsi bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır".

 

Sonda "Uşaqlığın Akademiyası" qrupunun uşaqları şeirlər söyləyiblər, müxtəlif ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      26 Fevral 2020 15:43
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin