Dövlət başçısı soyqırımı abidəsinin önünə əklil qoyub
Bu gün Xocalı soyqırımının 28-ci ildönümüdür. AYNA xəbər verir ki, Xocalı qurbanlarının xatirəsini yad etmək üçün bu gün paytaxt sakinləri, Xətai rayonunda Xocalı abidəsinin önünə toplaşıblar.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da abidəni ziyarət edib. Abidənin ətrafında fəxri qarovul dəstəsi və gül-çiçək düzülüb. Dövlət başçısı soyqırımı abidəsinin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib.
Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları, habelə soyqırımından xilas ola bilmiş Xocalı sakinləri də abidənin önünə güllər düzüblər.
Ən son xəbərləri səhifəmizdən də izləyin