İsgəndər Həmidov vəfat etdi

İsgəndər Həmidov vəfat etdi

İsgəndər Həmidov 1992-1993-cü illərdə Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsində çalışıb

 

Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidov vəfat edib.

 

AYNA xəbər verir ki, bu barədə səhiyyə eksperti, professor Adil Qeybulla bildirib. 

 

O, İ.Həmidovun bu gün dünyasını dəyişdiyini xəbər verib. 

 

Qeyd edək ki, İsgəndər Həmidov 1948-ci ildə oktyabrın 4-də Kəlbəcər rayonunda anadan olub. 1965-ci ildə Tərtərdə orta məktəbi bitirib. O, 1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-a qədər Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsində çalışıb. İ.Həmidov bir müddət idi ki, ağır xəstəlikdən əziyyət çəkirdi.

Müəllif: Ayna.az      26 Fevral 2020 09:23
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin