Əsas səhifə Haqqımızda Xəbər lenti

Ankarada “Qanayan yaramız Xocalı” adlı tədbir keçirilib

Ankarada “Qanayan yaramız Xocalı” adlı tədbir keçirilib

Tədbirin sonunda çıxış edənlər iştirakçıları sosial mediada aktiv olmağa səsləyiblər

 

Türkiyənin paytaxtı Ankarada Xocalı soyqırımının 28-ci il dönümünə həsr edilmiş “Qanayan yaramız Xocalı” adlı tədbir keçirilib.

 

AYNA xəbər verir ki, Ankara Qazi Universitetində Texnologiya bölümünün təşkilatçılığı ilə baş tutan tədbirə Azərbaycanın Türkiyədəki səfirinin birinci katibi Elçin Allahverdiyev, Xəzər Universitetinin Türkiyə təmsilçisi Murat Yaşar Əkinçi, Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin (AKMƏM) sədri Məlahət Qurbanova, AGAH sədri Təbriz Raufoğlu, professor-akademik heyəti və tələbələr qatılıb.

 

Professor Çetin Almasın moderatorluğunda baş tutan tədbirdə Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər və Professor Qaffar Çaxmaqlı çıxış edərək Xocalı Soyqırımı haqqında məlumat verib və bu kimi tədbirlərin keçirilməsinin önəmini vurğulayıblar.

Tədbirin sonunda çıxış edənlər iştirakçıları sosial mediada aktiv olmağa və #HocalıyaAdalet, #Hocalıiçinpaylaş, #JusticeforKhojalı, #ShareforKhojalı haşteqlərilə paylaşım edib, rəy yazmağa səsləyiblər.

Müəllif: Ayna.az      25 Fevral 2020 23:05
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin