"Bayi toplantısı” Bakıda təqdim edilib

"Bayi toplantısı” Bakıda təqdim edilib

Film fevralın 27-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq

 

"28 Mall" Ticarət Mərkəzində yerləşən CinemaPlus Premium-klass Kinoteatrında “Yol Arkadaşım” filminin yaradıcılarından olan “Bayi toplantısı” türk komediyasının premyeradan öncə nümayişi baş tutub.

 

AYNA xəbər verir ki, filmin rejissoru Bedran Güzeldir. Baş rollarda İbrahim Büyükak, Onur Buldu, Doğu Demirkol, Büşra Pekin və Safa Sarı çəkilib.

 

“Bayı toplantısı” filmi, məcburən qatılmalı olduqları ticarət toplantısında 3 məişət avadanlığının ticarəti ilə məşğul olan satıcıların üzləşdiyi bir-birindən maraqlı macəralardan bəhs edir. Bir birilərini tanımayan Namiq, Adəm və Sadıq ticarətlə məşğul olur və yolları ticarət toplantısında kəsişir. Həyatlarının mürəkkəb bir anını yaşayan Namiq, Adəm və Sadıq üzləşdiyi hadisələrdən sonra özlərini tam bir macəra ilə zəngin ortamda kəşf edirlər. Həmkarlarını xilas edə bilmək üçün bu üçlüyün bir-birlərinə güvənmək və tələsməkdən savayı çarələri yoxdur.

 

Film fevralın 27-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

 

“CinemaPlus” hər zaman sizi kino tarixinin ən yaxşı premyeraları ilə sevindirməyə və xoş sürprizlər etməyə hazırdır.

Müəllif: Ayna.az      25 Fevral 2020 21:17
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin